XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

20 Aprel 2018 - 23:15

Paşinyan Ermənistanda Müvəqqəti hökumət yaratmağa çağırdı:“Sərkisyan vəziyyətə nəzarət etmir”

 

“Ermənistanın baş naziri Serj Sərkisyan vəziyyətə nəzarət etmir.

 News.am-ın verdiyi xəbərə görə, bunu İrəvanda mitinqdə çıxış edən “Mülki müqavilə” partiyasının lideri, deputat Nikol Paşinyan bəyan edib.

Hakimiyyətin dialoqa çağırışlarını şərh edən N.Paşinyan deyib ki, artıq hökumətlə danışıqlara başlanılıb. “Çünki xalq artıq hakimiyyəti ələ alıb”, deyə deputat əlavə edib.

Onun sözlərinə görə, bu gün ölkədə etirazlar daha kütləvi xarakter daşıyıb, nümayişçilərin sayı digər günlərlə müqayisədə artıb, bəzi ali məktəblərin tələbələri isə dərslərdən imtina edib.

N.Paşinyan həmçinin etirazçıların tələblərini səsləndirib: “Serj Sərkisyan istefa verməli, xalq tərəfindən namizədliyi irəli sürülən baş nazir seçilməli və müvəqqəti hökumət yaradılmalıdır”.