XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 April 2018 - 23:56

ABŞ Dövlət Departamenti:"Rusiya, İran və Çin "qeyri-sabitlik ölkələri"dir"

Rusiya, Çin, İran və Şimali Koreya “qeyri-sabitlik qüvvələridirlər”, bu ölkələrdə insan haqlarının pozulması qlobal təhlükə yaradır.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dünyada insan haqları ilə bağlı vəziyyətə dair illik hesabatına istinadən AFP məlumat yayıb.

“Çin, Rusiya, İran və Şimali Koreya hökumətləri, məsələn, gündəlik olaraq öz hüdudları daxilində insan haqlarını pozurlar və nəticədə qeyri-stabillik qüvvələrinə çevrilirlər”, – deyə dövlət katibi vəzifələrinin icraçısı Con Sallivan bildirib.

Onun sözlərinə görə, bir sıra ölkələrin dövlət orqanları təhlükəsizliyi qoruyub saxlaya və vətəndaşların əsas ehtiyaclarını təmin edə bilmirlər, bəziləri isə bunu istəmirlər.