XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

21 Aprel 2018 - 10:57

“Skripal işi” üzrə əsas şübhəlilər müəyyən edilib- Britaniyada

Britaniyanın hüquq-mühafizə orqanları əməkdaşları “Skripal işi” üzrə əsas şübhəliləri müəyyən ediblər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə təhqiqatçılara istinadən “Telegraph” yazıb.

Nəşrin məlumatına görə, hökumət nümayəndələri hesab edirlər ki, Skripala sui-qəsdi Rusiya hökuməti tərəfindən idarə olunan zərbə qrupu həyata keçirib. Skotland-Yardın anti-terror bölməsi hazırda, onların fikrincə artıq Rusiyaya qayıdan şübhəlilərə qarşı iddia qaldırmağa çalışırlar.

Təhqiqatçılar nəşrə bildiriblər ki, iki ölkə arasında yaranmış gərginlik səbəbindən iş üzrə şübhəlilərin saxlanılması cəhdləri zamanı böyük çətinliklər gözlənilir.