XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

21 Aprel 2018 - 11:25

Əfqanıstanda partlayış:5 ölü, 14 yaralı

Əfqanıstanda terror aktı törədilib.

“Report”un “Anadolu”ya istinadən verdiyi məlumata görə, hadisə Nanqarhar əyalətinin Hasaki Mine rayonunda qeydə alınıb.

Belə ki, dinc sakinləri daşıyan avtomobilin keçdiyi vaxtda yol kənarına yerləşdirilən partlayıcı qurğu işə düşüb, nəticədə 5 nəfər ölüb, 14-ü yaralanıb.

Hələlik partlayışın məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.