XƏBƏR LENTİ

01 Mart 2021
28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

21 Aprel 2018 - 11:37

Yerevanda müxalifətin mitinqi başlayıb

Şənbə günü Ermənistan müxalifəti Yerevanda etiraz aksiyalarını yenidən bərpa edib.

Trend-in məlumatına görə, “TASS” müxbiri mitinq səbəbindən səhər saatlarından başlayaraq paytaxtda mərkəzi küçələrdə hərəkətin iflic olduğunu bildirib.

 

Qeyd edək ki, artıq neçə gündür ki, Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb, saxlanılanlar var.