XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 April 2015 - 04:41

Polşa prezidentliyinə namizəd Qərbə arxa çevirəcəyini bəyan etdi

“Rusiya ilə qarşılıqlı münasibətlərimiz balanslı olmalıdır”

Polşa prezidentliyinə sol mərkəzçilərin namizədi Maqdalena Oqurek Rusiyaya münasibətdə ölkəsinin xarici siyasətinə meydan oxuyaraq bildirib ki, Polşa şərqdə yanlış siyasət aparır və Ukraynadakı durumla bağlı çox az iş görə bilər.

Strateq.az xarici KİV-ə əsasən bildirir ki, Oqurek prezident postunda Moskva ilə münasbətləri qaydaya salacağını vəd edib.

İddiaçı xanım çıxışlarında qeyd edib ki, Polşanın Rusiya ilə ümumi sərhədləri var və qarşılıqlı münasibətlər balanslı olmalıdır.

Müşahidəçilərin fikrincə, prezidentliyə namizədin fikirləri Avropanın birliyinə təhlükə yarada bilər.