XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

21 Aprel 2018 - 13:16

AEBA Azərbaycanda xərçəngin müalicəsinə kömək edəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) xərçəngin diaqnostikası və müalicəsi üçün Azərbaycana texniki dəstək verməkdə maraqlıdır.

“Report” xəbər verir ki, bunu qurumun baş direktoru Yukiya Amano bu həftə Bakıda keçirdiyi görüşlərdə səsləndirib.

O deyib ki, rəhbərlik etdiyi Agentlik həmçinin kənd təsərrüfatı sahəsində də Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir.

Azərbaycan Milli Onkologiya Mərkəzinin rəhbəri Cəmil Əliyevlə görüşən Y.Amano bildirib ki, Mərkəzdə radioterapiya sahəsində təkmilləşdirilmə işləri baş verib.

Qeyd edək ki, AEBA Azərbaycanda olan Onkologiya Mərkəzinə siklotron və pozitron emissiya tomoqrafiyası və kompüter tomoqrafiyası (PET-CT) avadanlıqları verib və radiofarmoseptika və nüvəterapiya sahəsində təlimlər keçirməyə davam edir.

Avadanlıqlar xəstəliklərin erkən aşkarlanması və idarə edilməsinə kömək edir, xəstələrin ömrünü artırır.