XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

21 Aprel 2018 - 13:46

Şimali Koreya bütün nüvə sınaqlarını dayandırır- Bu gündən

Şimali Koreya bu gündən bütün nüvə və qitələr arası ballistik raket sınaqlarını dayandırır. Bu barədə qərar KXDR-in İşçi Partiyasının mərkəzi komitəsində qəbul olunub.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, beləliklə, Pxenyan qlobal nüvə tərksilahı üzrə beynəlxalq səylərə qoşulur. Qərara əsasən, Şimali Koreya hökuməti nüvə poliqonunu bağlayacaq, lakin özündə olan nüvə potensialını qorumaq hüququnu özündə saxlayacaq.

Plenumun qərarında qeyd olunur ki, KXDR Koreya yarımadasında, həmçinin bütün planetdə sülh və təhlükəsizliyi qorumaq üçün qonşu ölkələr və beynəlxalq ictimaiyyətlə six əlaqələr və dialoq quracaq.

Yeni strateji kurs Cənubi Koreya ilə aprelin 27-də keçiriləcək sammit, həmçinin bunun ardından KXDR lideri Kim Çen In və ABŞ Prezidenti Donald Tramp arasında planlaşdırılan görüş ərəfəsində qəbul olunub.