XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 April 2018 - 14:43

Yerevanda gərginlik səngimir- Saxlanılan nümayişçilərin sayı 60-ı keçib

Yerevanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyalarında saxlanılanların sayı 62-ə çatıb.

Trend-in “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə Ermənistan polisinin ictimaiyyətlə əlaqələr və informasiya idarəsinin rəisi Aşot Aqaronyan deyib:

 

“Hazırda Yerevanın polis bölmələrində 62 nəfər saxlanılır”.

Qeyd edək ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.