XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

21 Aprel 2018 - 15:11

Türkiyə ordusu 37 terrorçunu zərərsizləşdirib- Son bir həftədə

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı son bir həftədə ölkə ərazisində və İraqın şimalında aparılan əməliyyatlarda zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, aprelin 14-20-də Tunceli, Diyarbakır, Şırnak və İraqın şimalındakı əməliyyatlarda ikisi lider olmaqla, 37 terrorçu zərərsizləşdirilib.

Əməliyyatlarda 5 hərbçi şəhid olub, 9-u yaralanıb.

Məlumatda qeyd edilib ki, “Zeytin budağı” hərəkatı başlayandan bu günə qədər 4254 terrorçu zərərsizləşdirilib. Türkiyə Silahlı Qüvvələrinin isə 53 hərbçisi şəhid olub, 232-si yaralanıb.