XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

21 Aprel 2018 - 16:06

Yaponiyanın Baş naziri üzr istəyib- İctimai etimadı itirdiyinə görə

Yaponiyanın Baş naziri Şinzo Abe bir neçə nazirlikdə baş verən silsilə qalmaqallarla bağlı üzr istədiyini bildirib.

Azərtac NHK telekanalına istinadla xəbər verir ki, Baş nazir belə bir bəyanatla ABŞ-dan qayıtdıqdan dərhal sonra, hakim Liberal Demokratik Partiyasının yerli hakimiyyət orqanlarındakı deputatları ilə görüşü zamanı çıxış edib.

Ş.Abe deyib ki, ali administrativ hökumətin başçısı və Yaponiya özünümadafiə qüvvələrinin ali baş komandanı kimi o, ictimai dairələrdə administrativ sistemə qarşı yaranmış etimadsızlığa görə üzərinə düşən məsuliyyəti tam ciddiliyi ilə başa düşür.

Baş nazir baş verən hadisələrin səbəblərini tam məsuliyyəti ilə araşdıracağını və onların aradan qaldırılması üçün lazımi olan bütün addımları atacağını vəd edib.