XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

21 Aprel 2018 - 16:26

Rusiyada təyyarə sərt eniş edib- Ölənlər var

Rusiyanın Xakasiya bölgəsində yüngül motorlu təyyarənin sərt eniş etməsi nəticəsində iki nəfər ölüb.

“Report”un TASS-a istinadən verdiyi məlumata görə, Xakasiyanın Altay rayon vahid dispetçer xidmətindən hazırda ölənlərin kimliyinin müəyyənləşdirildiyi bildirilib.

“Həmin şəxslər təyyarədə olublar, hava gəmisinin düşdüyü yerdə dağıntı və tələfat qeydə alınmayıb”, – xidmətdən qeyd olunub.

Təyyarənin hansı fiziki və hüquqi şəxsə məxsus olduğu barədə hələlik məlumat yoxdur.