XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

21 Aprel 2018 - 21:34

Moskvada güclü qasırğa- Ölən var

Moskvada qasırğa nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

Azərtac xəbər verir ki, Rusiya paytaxtının meri Sergey Sobyaninin “Twitter” səhifəsində yerləşdirdiyi ilkin məlumatda Moskvada aprelin 21-də baş vermiş qasırğa nəticəsində 7 nəfərin, o cümlədən 3 uşağın yaralandığı bildirilirdi. Uşaqlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Saniyədə 30 metr sürətlə əsən külək yüzlərlə ağacı kökündən çıxarıb.

Son məlumata görə, yaralananların sayı 20-yə çatıb, bir nəfər isə həlak olub.

Hazırda Moskvada və Moskva ətrafında hava təhlükəsizliyinin “narıncı” səviyyəsi hələ də saxlanılır. Gecə saatlarında havanın soyuyacağı, sulu qar yağacağı gözlənilir.