XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 April 2018 - 10:00

Ermənistan müxalifətinin lideri baş nazir ilə görüşə razılıq verdi –Sərkisyanla oteldə danışıq aparacaq

Müxalif deputat, Yerevanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyasının lideri Nikol Paşinyan Sarkisyanla aprelin 22-si görüşəcək.

Trend-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, görüş Yerevanda “Marriott” otelində yerli vaxtla saat 10:00-da baş tutacaq.

N.Paşinyan öz “Facebook” səhifəsində bildirib ki, görüş zamanı Serj Sarkisyanın istefası və hakimiyyətin sakit şəkildə ötürülməsi müzakirə olunacaq.

Qeyd edək ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.