XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 April 2018 - 10:16

Ərdoğan:“ABŞ bizə pulla silah satmır, amma terrorçulara havayı verir”  

 

“Türkiyəyə təhlükə, ilk növbədə, strateji tərəfdaşlarından gəlir.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın YPG terrorçularına hərbi dəstəyini nəzərdə tutaraq Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

“Təhlükə hardan gəlir? Təhlükə ilk növbədə strateji tərəfdaşlarımızdan gəlir… Biz öz pulumuzla ABŞ-dan silah ala bilmədiyimiz halda, Amerika və koalisiya silah-sursatı terror qruplaşmalarına pulsuz verir”, – deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, ABŞ Suriyanın şimalındakı kürd terrorçularına silah-sursatla dolu 5 000 yük maşını göndərib.