XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 April 2018 - 12:31

Yerevanda müxalifət lideri tutuldu, qarşıdurma başlandı –Polis mitinqçilərə səs bombaları atdı

 

Yerevanda müxalifət lideri Nikol Paşinyan saxlanılıb.

Bu barədə “news.am” saytı məlumat yayıb. Yürüş zamanı nümayişçilər polis kordonu ilə üzləşib. Bundan sonra Paşinyan saxlanılıb. Paytaxda aksiyaçılarla polis arasında toqquşmalar başlayıb. Polis etirazçılara səs bombaları atıb.

Parlamentin digər deputatı Sasun Mikaelyan xalqı dağılışmamağa və Paşinyanı azad etməyə çağırıb.

Qeyd edək ki, bu gün Ermənistan baş naziri Serj Sərkisyan və N. Paşinyan arasında görüş keçirilib. S. Sərkisyanın istefası tələbi ilə keçirilən görüş nəticəsiz başa çatıb.