Bu gün Əfqanıstanda gün ərzində ikinci dəfə insan tələfatı ilə nəticələnən partlayış törədilib.
APA-nın “Khaama Press” agentliyinə istinadən verdiyi məlumata görə, Əfqanıstanın şimal-şərqindəki Baqlan əyalətində seçici qeydiyyatı mərkəzi qarşısında törədilən partlayış zamanı 7 nəfər ölüb, 10 nəfər yaralanıb. Qeyd edək ki, bundan əvvəl paytaxt Kabildə seçicilərin qeydiyyat mərkəzi qarşısında törədilən partlayış nəticəsində 31 nəfər ölüb, 50 nəfərdən çox insan yaralanıb
İŞİD terror təşkilatı bu gün Kabildə seçicilərin qeydiyyat mərkəzi qarşısında törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 10.00 radələrində Kabilin Daşt-e-Barçi rayonunda törədilən partlayış nəticəsində 31 nəfər ölüb, 50 nəfərdən çox insan yaralanıb.