XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 April 2018 - 13:58

Yerevanda Sərkisyanın istefası tələbi ilə aksiya başlayıb –Respublika meydanında

 

Bu gün İrəvanda Respublika meydanında Serj Sərkisyanın baş nazir seçilməsinə etirazla bağlı aksiya başlayıb.

 “RİA Novosti”nin verdiyi məlumata görə, bundan əvvəl İrəvanın Erebuni rayonunda  polis yürüş keçirən aksiyaçıların qarşısını kəsib və toqquşma baş verib.

Polis  aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib. Bununla belə, polis aksiyaçıların Respublika meydanına toplaşmasının qarşısını ala bilməyib. Hazırda Respublika meydanının ətrafına çoxlu sayda polis qüvvələri, o cümlədən xüsusi təyinatlılar cəlb edilib.