Ermənistanda 200-ə qədər aksiya iştirakçısı saxlanılıb
Bu gün saat 15.00-a qədər İrəvanda sabiq prezident Serj Sərkisyanın baş nazir postunu tutmasına etiraz əlaməti olaraq keçirilən aksiyada iştirak edən 192 nəfər saxlanılıb.
Bu barədə “Azatutyun” radiosu Ermənistan Polisinə istinadən məlumat yayıb.