Ermənistanın 2 xalq artisti aksiyalarda pols zorakılığına etiraz edərək xalq artisti adından imtina etdiklərini bəyan ediblər .
Strateq.az bildirir ki, Erna Yüzbaşyan və Mkrtıç Arzumanyan bununla bağlı bəyanat verib.
“Hesab edirəm ki, ölkəmin xöşbəxtlyi və çiçəklənməsi bütün medallardan və mükafatlardan üstündür. Mən Xalq artisti adından imtina edirəm”, – Erna yazıb. Mkrtiç Arzumanyan da qərarını Instagram səhifəsində açıqlayıb. “Silahsız və dinc xalqa qarşı güc istifadəsini yolverilməz hesab edirəm. Hakimiyyətin həmyerlilərimə qarşı güc tətbiqini pisləyirəm. Bu addan imtina edirəm“, – Arzumanyan yazıb.