XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

23 Aprel 2018 - 22:05

Kreml:“İranla nüvə sazişinə alternativ yoxdur”

 

Rusiya prezidentinin sözçüsü deyib ki, İran və dünyanın 6 gücü arasında 2015-ci ildə imzalanmış nüvə sazişinə alternativ yoxdur və imza sahibi olan bütün ölkələr bu sazişə əməl etməlidir.

Dmitri Peskov aprelin 23-də deyib ki, “Rusiya qətiyyətlə bütün tərəfləri bu sazişi qoruyub saxlamağa çağırır”.

2015-ci ilı tarixli Birgə Hərtərəfli Hərəkət Planı (The 2015 Joint Comprehensive Plan of Action – JCPOA) adlı sənəd İran və Birləşmiş Ştatlar, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya arasında imzalanıb. Bu sazişə əsasən Tehran üzərindəki sanksiyaların qaldırılması müqabilində özünün nüvə proqramını məhdudlaşdırmağa razılaşıb.

Lakin Birləşmiş Ştatların prezidenti Donald Tramp sazişin Avropa iştirakçılarına sənəddəki “dəhşətli qüsurların” aradan qaldırmaq üçün mayın 12-dək vaxt verib. O deyib ki, saziş İrana münasibətdə sərtləşdirilməsə ABŞ razılaşmanı tərk edəcək.

Peskov deyib ki, Putin habelə, aprelin 23-də Trampla görüşəcək Fransa prezidenti Emmanuel Makron4la telefon söhbəti edib və Fransa lideri nüvə sazişinin qüvvədə saxlanmasını müdafiə edəcəyini bildirib.

İranla sazişi qətiyyətlə dəstəkləyən Makron aprelin 22-də ABŞ-ın Fox News telekanalına deyib ki, bu sazişi saxlamaq, onu ləğv etməkdən yaxşıdır.

Kreml bəyan edib ki, Putin İran nüvə sazişini Trampla dərhal müzakirə etməyi planlaşdırmır. (Azadlıq radiosu)