XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

24 Aprel 2018 - 16:35

“Həyatlarını itirən Osmanlı ermənilərini bir daha hörmətlə yad edirəm…” –Ərdoğan

“Həyatlarını itirən Osmanlı ermənilərini bir daha hörmətlə yad edirəm. Fürsətdən istifadə edərək eyni dövrdə xəstəliklər, köçlər, müharibə və atışmalar zamanı itirdiyimiz milyonlarla Osmanlı vətəndaşına Allahdan rəhmət diləyirəm”.

Bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 24 apreldə erməni patriarxlığında keçirilən mərasimlə bağlı mesajında qeyd olunub.

“Biz tarix boyu acıları ayıran, bir-biri ilə yarışdıran deyil, daim paylaşan bir millət olduq. Öz torpaqlarımızda yaşayan insanlarla bərabər Əndəlüsdən Afrikaya, Cənubi Asiyadan Avropaya qədər başı dara düşən hər kəsin köməyinə qaçdıq. Bunu edərkən də heç kəsin inancına, dilinə, dininə, etnik və mədəni mənsubiyyətinə baxmadıq”, – Ərdoğan bildirib/Axar.az.