XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 April 2018 - 16:47

“Qərb bilir ki, Rusiya nə Suriya, nə də Liviyadır…” –Çeçenistan prezidenti

“Qərb siyasətçiləri III Dünya müharibəsinin başlanmasına imkan verməyəcək”.

Bunu “Rossiya 24”ə müsahibəsində Çeçenistan lideri Ramzan Kadırov deyib. Onun sözlərinə görə, III Dünya müharibəsi ilə bağlı söylənilən sözlər siyasi oyundur:

“Qərb bilir ki, Rusiya böyük gücdür. Rusiya nə Suriya, nə də Liviyadır. Rusiyanın zəngin tarixi var. Biz dünən yaranmamışıq. Ona görə də bizimlə digər dövlətlərlə olduğu kimi oyun oynamaq alınmayacaq. Əgər onlar bizim vətəndaşımıza və ya ərazimizə toxunsalar, buna görə böyük dəyər ödəyəcəklərini bilirlər”.

aXAR.AZ