XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

24 Aprel 2018 - 23:58

“İŞİD terrorçu qrupunun maliyyələşməsi: öyrəndiyimiz dərslər” –AŞPA qətnamə qəbul etdi

AŞPA-nın yaz sessiyasında “İŞİD terrorçu qrupunun maliyyələşməsi: öyrəndiyimiz dərslər” adlı qətnamə qəbul edilib.

Qətnamədə bildirilir ki, bu terror təhlükəsinə qarşı bütün ölkələr birləşməli və yaxından əməkdaşlıq etməlidir. Qətnamədə terrorizmin həllinin asanlıqla başa gələn məsələ olmadığı və bu dəhşətli ideologiyanın yayılmasının qarşısının alınmasının yalnız beynəlxalq təşkilatların, habelə Avropa Şurasının dəstəyi ilə mümkünlüyü bildirilir.

Sənəddə göstərilir ki, İŞİD-in İraqda və Suriyada məğlubiyyətə uğraması terrorçu qrupun fəaliyyətinin bitməsi demək deyil. Onun özünü yenidən fərqli formalarda göstərməsi ehtimalı mövcuddur. Bu səbəbdən, onun keçmişdə istifadə etdiyi maliyyə mənbələrinə yenidən üz tuta bilməməsinə zəmanət yaratmaq vacibdir/Report