XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 April 2018 - 15:28

Rusiya S-400 istehsalına başladı- Türkiyə üçün

Rusiya Türkiyə üçün S-400 zenit-raket sistemlərinin istehsalına başlayıb.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev deyib.

A.Mixeyev bildirib ki, Rusiya tərəfi Türkiyəyə S-400 tədarükü ilə bağlı müqavilənin icrasına başlayıb.

O qeyd edib ki, söhbət hələ S-400 tədarükündən getmir, hazırda zenit-raket komplekslərinin istehsalına başlanıb.

Xatırladaq ki, ötən ilin dekabrında Ankarada Rusiya və Türkiyə nümayəndələri arasında S-400 tədarükü üzrə kredit sazişi imzalayıb.