XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 April 2018 - 17:42

Rusiya öz vətəndaşlarına xəbərdarlıq etdi:"Yerevanda mitinqlər keçirilən ərazilərə getməyin"

Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistanda olan Rusiya vətəndaşlarına davam edən etiraz aksiyaları zamanı insanların kütləvi toplaşdıqları yerlərə getməməyi tövsiyə edib.

“Report” xəbər verir ki, bu barədə XİN-in Böhran vəziyyəti mərkəzi departamentindən bildiriblər.

“Yerevan şəhərində yeni nümayiş dalğası yaşanır, aksiyalar dinc xarakter daşıyır, amma xüsusilə də paytaxtın mərkəzində insanların sıx toplaşdığı yerlərdən uzaq durmaq tövsiyə olunur”, – məlumatda deyilir.