XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 April 2018 - 21:49

Rusiyanın Ermənistandakı səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirib

Rusiyanın Ermənistandakı səfirliyi paytaxt Yerevanda davam edən etiraz aksiyaları ilə əlaqədar əlavə təhlükəsizlik tədbirləri görüb.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti”yə diplomatik missiyadan məlumat verilib.

Bildirilib ki, diplomatik missiyanın əməkdaşlarına səfirlik ərazisini tərk etməmək tövsiyə olunub.

Bununla yanaşı, səfirlik Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin ilə görüş keçirmək niyyətini açıqlayan müxalifət lideri Nikol Paşinyanın bəyanatını şərh etməyib.

Qeyd edək ki, N.Paşinyan daha əvvəl Avropa İttifaqı ölkələrinin səfirləri ilə görüşüb. O, rusiyalı səfirdən başqa, ABŞ-ın diplomatik missiyasının rəhbəri ilə də görüşmək niyyətindədir.