XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

26 Aprel 2018 - 00:07

Fransa prezidenti ABŞ-ı İranla “yeni razılaşma”ya çağırır –Makron Konqresdə çıxış edib

Fransa prezidenti Emmanuel Makron ABŞ Konqresində çıxışı zamanı qanunvericiləri İranla Tehranın nüvə proqramının qarşısının alınmasını nəzərdə tutan razılaşmanın saxlanmasına çağırıb.

Konqresin hər iki palatası qarşısında nitqi zamanı Makron deyib ki, İran “heç zaman, nə beş il, nə 10 il, nə də heç vaxt nüvə silahlarına malik olmamalıdır”.

Fransa lideri çıxışında ABŞ prezidenti Donald Trampın İranla nüvə razılaşmasına qarşı çıxmasına toxunmayıb.

Makron bundan öncə Trampla danışıqlar zamanı onu gələn ay İrana qarşı iqisadi sanksiyaların yenidən tətbiq edilib-edilməməsi ilə bağlı son möhlət qarşısında 2015-ci ildə əldə edilmiş razılığı ləğv etməməyə çağırıb.

Fransa lideri İranla Britaniya, Almaniya, Rusiya, Çin, Fransa və Birləşmiş Ştatların əldə ediyi razılığın olduğu kimi qalmasını, lakin eyni zamanda, Tehranla ballistik raket proqramının ünvanlanması və İranın Suriya, Yəmən, Livan və İraqda mövcudluğunun qarşısının alınmasını nəzərdə tutan “yeni razılaşma”nın hazırlanmasını istəyir.

Prezident Tramp İranla razılaşmanı kəskin tənqid etməyə davam edir və sələfi prezident Obamanın dövründə əldə edilmiş razılığın saxlanması ilə bağlı öz üzərinə heç bir təəhhüd götürməyib. Tramp bununla belə Makronla ümumi mövqe əldə edəcəyini deyib.

Çərşənbə günü Fransa prezidentinin Amerika Birləşmiş Ştatlarına Trampın hakimiyyətdə olduğu 15 ay müddətində edilən ilk rəsmi dövlət səfərinin sonucu günüdür.

Tramp və birinci xanım Melaniya Tramp Makron və onun xanımı Bricit Makronun şərəfinə Ağ Evdə rəsmi qəbul və ziyafət verib. Çərşənbə axşamı günü ziyafətə Tramp administrasiyasının rəsmiləri və ABŞ-ın korporasiya şirkətlərinin rəhbərləri də daxil olmaqla, 100-dən çox qonaq iştirak edib.

Amerikanın Səsi