XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 April 2018 - 16:47

İsrailin müdafiə naziri Tehranı təhdid etdi:"İrandakı rejim son günlərini yaşayır"

“İran İsrailə hücum edəcəyi halda, onların Tehrandakı və başqa bölgələrdəki hərbi obyektlərinə cavab zərbəsi endirəcəyik”.

Bunu İsrailin müdafiə naziri Aviqdor Liberman ABŞ-a səfəri ərəfəsində Səudiyyə Ərəbistanının “Əlaf” saytına müsahibəsində bildirib.

“İsrail İranın Suriyada möhkəmlənməsinə yol verməyəcək. Bölgədə gərginliyin yaranmasını istəmirik. İrandakı rejim son günlərini yaşayır. ABŞ-ın Vyana müqaviləsindən çıxması İran iqtisadiyyatının sonu deməkdir. Qeyd edim ki, İran terrorun ixracına milyardlarla dollar xərcləyir”, – müdafiə naziri vurğulayıb/Report.