XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 April 2018 - 00:07

Paşinyan hökumətə səsləndi:“Karapetyanı danışıqlara başlamağa dəvət edirəm”

Ermənistanın müxalifət lideri Nikol Paşinyan ölkənin baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanı danışıqlara dəvət etdiyini bəyan edib.  

Bu barədə APA erməni mətbuatına istinadən xəbər verir.

 “Ermənistan Respublika Partiyası Karapetyanı danışıqlarda səlahiyyətli nümayəndə etmək qərarına qəlib. Biz bunu nəzərə alırıq və, əvvəlki kimi, danışıqlar prosesini bizim gündəliyimiz çərçivəsində davam etdirməyə hazır olduğumuzu bildiririk. Mən Karapetyanı sabah 12.00-da danışıqlara başlamağa dəvət edirəm”, – deyə  Nikol Paşinyan qeyd edib.

O, danışıqların jurnalistlərin iştirakı ilə keçirilməsinin vacibliyini vurğulayıb: “Bağlı qapı arxasında hakimiyyətlə danışıqlar aparmayacağıq”, – deyə Paşinyan əlavə edib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanla ölkədəki vəziyyətə dair danışıqlar aparıb.