“Sabiq prezident Robert Köçəryanın hakimiyyətə qayıdışı ilə bağlı deyilənlər qeyri-ciddidir”.
Strateq.az bildirir ki, bu barədə erməni müxalifətinin lideri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransıda deyib. Onun sözlərinə görə, əgər hakim Respublikaçılar Partiyası öz mövqeyindən geri çəkilməsə böhran daha da dərinləşəcək: “Biz xalqın qələbəsinin oğurlanmasına imkan verməyəcəyik”.
O, həmçinin baş nazir olmaq ehtimalı barədə də danışıb: “Kimin bu vəzifəni tutacağı əsas məsələ deyil, əsas oldur, böhran həll olunsun”.