XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 April 2018 - 15:41

ABŞ dövlət katibi ilə Kim Çen Inın gizli görüşündən şəkillər yayıldı –FOTO

  

Ağ Ev ABŞ dövlət katibi Mayk Pompeo və Şimali Koreya lideri Kim Çen Inın görüşündə fotolar paylaşıb.

Avropa.info xəbər verir ki, fotoda Pompeonun KXDR-dəki görüşü əks olunub.

“Dövlət katibi Pompeo Koreya yarımadasının nüvə silahından təmizlənməsi işində  prezident Trampa kömək edərək əla iş bacarıb” – “Twitter”də paylaşılan fotoya yazılan şərhdə belə deyilir.

Xatırladaq ki, Pompeo Şimali Koreyaya MKİ (CİA) vəzifəsini icra edərkən, aprelin əvvəli getmişdi. Gizli səfəri ABŞ, Cənubi və Şimali Koreya kəşfiyyatları təşkil edib.