XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 April 2018 - 15:58

Paşinyan hədələdi:  “Karen Karapetyan namizəd olsa, böhran davam edəcək”

 

“Əgər hakim Respublika partiyası seçkidə Karen Karapetyanın baş nazirliyə namizədliyinə səs versə hazırkı siyasi böhran davam edəcək”.

Strateq.az bildirir ki, bu barədə müxalifətin lideri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hakim partiya azad və ədalətli seçkilər keçirməyə qabil deyil: “Əgər seçkiləri hakim partiya təşkil etsə böhran həllini tapmayacaq”.  

Paşinyanın sözlərinə görə, ümid xalqa qalıb: “Əgər xalqdan kütləvi təzyiq olacaqsa, o zaman hakim partiya reallığı nəzərə almalıdır. Bu baş verməsə nəyə isə ümid edə bilmərəm”.