XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 April 2018 - 20:12

Paşinyan bölgələrdə mitinqlərə başladı –Yerevanı tərk etdi

Ermənistandakı etiraz hərəkatının lideri, parlamentin deputatı Nikol Paşinyanın rəhbərliyi altında maşın karvanı Gümrü şəhərinə çatıb.

Ermənistan KİV-ləri  xəbər verir ki, Gümrüdə kifayət qədər insanın toplaşdığı Vardanants meydanında tezliklə mitinq başlayacaq.

Qeyd edək ki, Yerevanda kütləvi etiraz aksiyaları bazar günü davam etdiriləcək. Bu gün və sabah Paşinyan ölkənin əhəmiyyətinə görə ikinci və üçüncü şəhərlərində mitinq keçirəcək.