XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 April 2018 - 21:10

Stoltenberq:“Gürcüstan NATO-ya üzv olmaq üçün bütün vasitələrə malikdir”

 

Gürcüstan NATO-ya üzv olmağa hazırlaşmaq üçün bütün vasitələrə malikdir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

“Gürcüstan müvafiq tələbləri yerinə yetirdikdən sonra NATO üzvü olacaq, ölkə Alyansa üzv olmağa hazırlaşmaq üçün bütün vasitələrə malikdir”, deyə Y.Stoltenberq vurğulayıb.

Onun sözlərinə görə, NATO-nun iyulda keçiriləcək sammitində Alyans üzvləri yekdilliklə Gürcüstana qəti dəstək verəcək, ölkəyə praktiki və siyasi yardım göstərməyə davam edəcək.