XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

27 Aprel 2018 - 23:26

Lukaşenkodan Putinə və Trampa qarşı sərt bəyanat –“Xoruz kimi gəzib, öz gücünüzü göstərirsiniz” (VİDEO)

Belarus prezidenti Aleksandr Lukaşenkonun Suriya məsələsinə münasibət bildirdiyi videosu internetdə böyük rezonans və maraq doğurub. “Batya” tərəfləri Suriyadakı münaqişədən əl çəkməyə, ölkəni sınaq və təlim poliqonuna çevirməyi dayandırmağa çağırıb.

Belarus xalqına və parlamentə müraciət edərkən Belarus prtezidenti A. Lukaşenko Suriyada rəqabət aparan dövlətləri xoruzlarla müqayisə edib: “Hamınız çıxın Suriyadan və Suriya xalqına öz yaşayış və gələcəklərini özlərinin təyin etməsinə imkanı verin. Nədir bu ərazidə lap xoruzlar kimi gəzir, qarşı-qarşıya gəlir, öz gücünüzü və qüdrətinizi göstərir, ordularınız üçün təlimlər keçirir, məşq edir və daha nələr edirsiniz? Bizə yoxsul Suriyanın nə olduğundan danışırsınız. Siz bu cür Suriyaya kömək edirsiniz? Suriyanı sınaq və məşq meydanı kimi istifadə etməyi dayandırın”.

Yəqin ki, bu bəyanatdan ABŞ prezidenti D.Tramp, Rusiya prezidenti V.Putin başda olmaqla, əlaqədar liderlər öz paylarını aldı. (Bizimyol.info)