Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Ermənistanın prezidenti Armen Sarkisyana zəng vurub.
Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, bunu jurnalistlərə Quterreşin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib. Danışıqlar zamanı Ermənistanda baş verən son hadisələr müzakirə olunub: “Antonio Quterreş Ermənistanda baş verən son hadisələrlə bağlı vəziyyətin sülh yolu ilə, münaqişə tərəfləri arasında dialoq vasitəsilə və konstitusion çərçivədə həll olunmasının vacibliyini vurğulayıb”, deyə Ddüjarrik bildirib.