XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 April 2018 - 11:58

Türkiyədə alkoqollu içkilərin satışı qadağan ediləcək- Bu tarixdə

Türkiyədə 2018-ci il iyunun 24-də prezident seçkiləri günü alkoqollu içkilərin satışı qadağan ediləcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Yüksək Seçki Komissiyasının şənbə günü yaydığı sənəddə deyilir.

Məlumatda deyilir ki, seçki keçirilən gün səhər saat 06:00-dan gecə saat 00:00-a qədər bütün Türkiyə ərazisində alkoqollu içkilərin satışı qadağan olunacaq.

 

Seçkilər günü ölkədə həmçinin kafe və əyləncə mərkəzlərinin də bağlı olacağı qeyd olunur.