XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 April 2018 - 13:15

Ermənistanda etirazlar davam edir- Bu dəfə 2 şəhərdə

Ermənistanda etiraz aksiyalarının lideri, müxalif deputat Nikol Paşinyan və tərəfdarları ölkənin şimal rayonlarında avtoyürüşə başlayıblar.

Trend-in məlumatına görə, N.Paşinyan “Facebook” səhifəsində yazıb: “Biz İcevana yollanırıq. Orada saat 14:00-da mitinq olacaq. Saat 17:00-da isə Vanadzorda mitinq keçiriləcək”.

Ötən gün müxalifətin Yerevan-Gümrü avtoyürüşü Ermənistanın ikinci böyük şəhərində minlərlə insanın iştirak etdiyi mitinqlə başa çatıb.

Qeyd edək ki, Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən başlayıb. S.Sarkisyan vəzifəsindən istefa versə də, etirazlar davam edir.