XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 April 2018 - 13:48

Keçmiş prezident vəfat edib- 72 yaşında

Qvatemalanın keçmiş prezidenti Alvaro Arsu 72 yaşında vəfat edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “AFP” Qvatemalanın eyniadlı paytaxt bələdiyyəsi şurasının üzvü Rozu Mariya Botrona istinadən məlumat yayıb.

Məlumata görə, ölümə səbəb ürək tutması olub. Ölkənin lideri qolf oyunu zamanı dünyasını dəyişib. O, həm də eyniadlı paytaxtın meri olub.

Qvatemalanın hazırkı dövlət başçısı Cimmi Morales “Twitter”də Arsunun vəfatı ilə bağlı başsağlığı verib. Ölkə lideri bildirib ki, Qvatemala bütün həyatını xidmətə sərf etmiş böyük insanı itirib.

Arsu 1996-cı ildən 2000-ci ilədək Qvatemalanın prezident vəzifəsini icra edib.