XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 April 2018 - 14:28

Türkiyədə parlament seçkilərinə azərbaycanlı da qatılacaq

Türkiyədə iyunun 24-də keçiriləcək parlament seçkilərində azərbaycanlı Samir İskəndəroğlu hakim Ədalət və İnkişaf Partiyasından (AKP) deputatlığa namizədliyini irəli sürüb.

Bu barədə Trend-ə açıqlamasında S.İskəndəroğlu bildirib.

O qeyd edib ki, bu il Türkiyədə keçiriləcək seçkilər əvvəlki illərdən fərqli olaraq daha əhəmiyyətlidir: “Ümid edirəm ki, builki parlament seçkilərində qalib gələcəyəm”.

Qeyd edək ki, S.İskəndəroğlu əslən Azərbaycanın Gədəbəy rayonundandır və 2010-cu ilin sonundan Türkiyədə yaşayır. O, 2017-ci ildən Ankara Gənc İş Adamları Dərnəyinin Xarici əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışır.

Xatırladaq ki, Türkiyədə iyunun 24-də keçiriləcək parlament və prezident seçkilərində 11 siyasi partiya iştirak edəcək.