XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

28 Aprel 2018 - 14:00

Hərbi ekspertlər “Airbus A400M”i tənqid edirlər

Almaniyanın Müdafiə Nazirliyi bundesverin olduqca pis texniki təchizatının tənqid edilməsinə cavab olaraq qarşıdan gələn illərdə ordunun modernləşdirilməsinə bir neçə milyard avro xərcləmək qərarına gəlib.

Azərtac xəbər verir ki, bu fikir Almaniya Müdafiə Nazirliyinin mətbuat mərkəzində keçirilən brifinqində səsləndirilib.

Bir neçə il əvvəl bundesver “C160 Transall” köhnəlmiş nəqliyyat təyyarələrini “Airbus A400M” ilə əvəz etməyə başlayıb. Bundesver “Airbus A400M” təyyarəsindən xarici ölkələrdə, məsələn Mali, İordaniya və Kosovoda missiyalarda iştirak edən əsgər və texnikanın daşınmasında istifadə edir.

Bu il “A400M” təyyarələri havada əlavə yanacaq doldurmağa görə sertifikatlaşdırılacaq. Hazırda pilotlar Vunstorfda gecəgörmə cihazının köməyilə eniş etməyi məşq edirlər. Bundan başqa, təyyarənin uçan hospitala sürətlə çevirmək üçün treninq aparılır. Lakin bu o demək deyil ki, hərbçilərin “Airbus” konserninin ünvanına iradları yoxdur. Onları qıcıqlandıran təyyarələrin tez-tez təmirə və texniki xidmətə ehtiyacı olmasıdır. Orta hesabla, ekspertlərin fikrincə, “A400M” təyyarələrinin 46-60 faizi tam hazır olur, onlar isə bu göstəricinin azı 75 faiz olmasını istəyərdilər.

İki amil buna mane olur. Birincisi, istehsalçının tələblərinə müvafiq olaraq, təyyarələr tez-tez böyük zəhmət tələb edən texniki xidmətdən keçməlidir və bu zaman ondan istifadə etmək olmaz. İkincisi, “Airbus”da texniki nasazlığın aradan qaldırılmasına çox vaxt gedir. Təyyarələrin keyfiyyəti isə yaxşı deyil.

Xatırladaq ki, bundesverin yenidən texniki təchizatı üçün xərclərin artırılması iqtidar partiyasının seçkiqabağı proqramının bir hissəsi olub.