XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

28 Aprel 2018 - 15:01

Senator:"KXDR problemi həll olunsa, Donald Trampa Nobel sülh mükafatı düşür"

ABŞ-ın Cənubi Karolina ştatından olan respublikaçı senatoru Lindsi Qrem hesab edir ki, əgər KXDR öz nüvə proqramını dayandırsa və Koreya yarımadasındakı böhran tənzimlənsə Prezident Donald Trampa Nobel sülh mükafatı vermək lazımdır.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, senator bunu “Fox News” telekanalının efirində bildirib. Qrem Ağ evin başçısının KXDR-i ya normal ölkə ola biləcəyi, ya da ABŞ-a zərbə vurmaq məqsədi ilə raket istehsalını davam edəcəyi təqdirdə məhv olacağı kimi iki variantının olduğuna inandırdığını bildirib.

Xatırladaq ki, aprelin 27-də sərhədyanı Phanmuncom məntəqəsində Cənubi Koreya və KXDR liderlərinin görüşü baş tutub. Tərəflər arasında imzalanan deklarasiyada Cənubi Koreya və KXDR-in Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində beynəlxalq ictimaiyyətlə əməkdaşlıq üçün aktiv fəaliyyət aparacağı qeyd olunub.

Cənubi Koreya prezidenti zaman keçdikcə yarımadanı ayıran demilitarizasiya zonasının sülh xəttinə çevriləcəyinə, koreyalararası əlaqələrin aktivləşməsinin isə hər iki ölkə əhalisinə, o cümlədən dənizçilərə və sərhədyanı rayonların sakinlərinə təhlükəsizlik təminatı verəcəyinə əminliyini ifadə edib.