XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 April 2018 - 17:35

İran və Avrasiya İqtisadi Birliyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanacaq

İran və Avrasiya İqtisadi Birliyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanacaq.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi ikitərəfli görüşdə bildirib.

Onun sözlərinə görə, yaxın həftələrdə İran və Avrasiya İqtisadi Birliyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanacaq: “Biz çox şadıq ki, gələcək həftələr ərzində İran və Avrasiya İqtisadi Birliyi arasında əməkdaşlıq haqqında razılıq rəsmi xarakter alacaq, müvafiq sənədi imzalayacağıq. Bu, ondan xəbər verir ki, biz birbaşa Rusiya ilə, eləcə də Avrasiyadan olan tərəfdaşlarımızla əməkdaşlıq edəcəyik”.