XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

28 Aprel 2018 - 17:48

Rusiya Türkiyə ilə vizasız rejimin qismən tətbiq olunmasını təklif edib

“Rusiya tərəfi Türkiyəyə diplomatik pasport sahibləri və TIR sürücüləri üçün vizasız rejimin qismən tətbiq olunmasını təklif edib”.

“Report” xəbər verir ki, bu barədə xarici işlər naziri Sergey Lavrov Rusiya, İran və Türkiyə XİN başçılarının üçtərəfli görüşünün yekunları üzrə keçirilən brifinqdə bildirib.

O deyib ki, viza rejiminin daha da sadələşdirilməsi məsələləri nazirlərin hər görüşündə müzakirə edilir: “Prezidentlər də bu barədə danışıblar. Türkiyə tərəfinin reaksiyasını gözləyəcəyik.”

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu isə bildirib ki, Türkiyə viza rejiminin tam aradan qaldırılmasını istəyir.

“Biz istəyirik ki, Rusiya vətəndaşları Türkiyəyə daxili pasportla gəlsinlər. Burada xüsusi xidmət idarələrinin qarşılıqlı fəaliyyəti lazımdır”, – türkiyəli nazir vurğulayıb.

O, həmçinin ölkələr arasında ticarət-iqtisadi münasibətlərin müsbət dinamikasını qeyd edib.