XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

29 Aprel 2018 - 22:15

Paşinyan rus deputatlarla görüşdü, mintinqlər ləğv edildi:"Bu, milli və dövlət maraqlarına xeyir gətirəcək”

“Ermənistan-Rusiya münasibətləri daha da inkişaf edəcək və dərinləşəcək”.

Bu sözləri bu gün İrəvanda keçirilən mitinqdə Ermənistanda etiraz hərəkatının lideri Nikol Paşinyan deyib.

Paşinyan bazar ertəsi Ermənistanda hər hansı aksiyanın keçirilməyəcəyini bildirib: “Bu gün bizim Rusiya Dumasının nümayəndələri ilə çox effektiv görüşümüz oldu. Görüş çox isti atmosferdə keçdi, dost kimi ayrıldıq. Görüşdə qeyd olundu ki, ölkədə gedən proseslər nəinki ölkələrimiz arasındakı dostluğu təhdid edir, əksinə yaxın gələcəkdə əlaqələrimiz daha da inkişaf edəcək və dərinləşəcək ki, bu da Ermənistanın milli və dövləti maraqlarına xeyir gətirəcək”.

Paşinyan onu da vurğulayıb ki, Ermənistan başqa ölkələrlə də, xüsusilə ABŞ, AB ölkələri və Çinlə münasibətlərini inkişaf etdirəcək.

Qeyd edək ki, Paşinyanım başçılıq etdiyi “Yelk” fraksiyasi istisna olmaqla, Ermənistan Parlamentinin bütün fraksiyaları baş nazir vəzifəsinə namizəd göstərməkdən imtina etdikdən sonra o, bu vəzifəyə tək namizəd olub. Ancaq bunun üçün ona 105 səsdən 53-ü lazımdır. Buna görə yalnız “Yelk” fraksiyası, “Çarukyan” və “Daşnaksütyun” fraksiyaları deyil, həmçinin Ermənistanın hakim Respublikaçı Partiyasının bəzi üzvləri də ona səs verməlidirlər.

Ermənistan parlamenti baş nazirin seçilməsi məsələsinə mayın 1-də baxacaq.

Xatırladaq ki, Ermənistan palamentində hakim Respublikaçılar Partiyasının 58, “Çarukyan” blokunun 31, Paşinyanın başçılıq etdiyi fraksiyanın 9, “Daşnaksütyun”un 7 mandatı var/Teleqraf.com.