XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

29 Aprel 2018 - 23:15

“İran mütləq dayandırılmalıdır…” –İsrail Baş naziri

“Dünya üçün böyük təhlükə təşkil edən İranın nüvə ambisiyalarına və regional ekspanisyasına qarşı aparılan mübarizəyə ABŞ-ın başçılıq etməsi bizi cəsarətləndirir”.

Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Dövlət katibi Mayk Pompeo ilə Təl-Əvivdə görüşü zamanı deyib.

“İran mütləq dayandırılmalıdır. Onun nüvə proqramı ilə bağlı fəaliyyətini və aqressiyasını dayandırmaq gərəkdir. Biz bunu birlikdə etmək istəyirik”, – deyə Netanyahu bildirib/Axar.az.