XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 April 2018 - 15:17

Yens Stoltenberq:“Türkiyə NATO üçün açar rolunu oynayır...”

 

Türkiyə NATO üçün açar rolunu oynayır və bu ölkənin önəmini müəyyən etmək üçün xəritəyə baxmaq yetərlidir.

AZƏRTAC  TRT HABER televiziya kanalına istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq türkiyəli jurnalistlərlə görüşündə söyləyib.

Baş katib diqqətə çatdırıb ki, NATO-nun bütün üzvləri Türkiyənin alyans üçün önəminin fərqindədirlər. Çünki hamı bunu görür. “Türkiyə çox dəyərli müttəfiqdir və birgə müdafiəmiz üçün əhəmiyyətli tərəfdir, xüsusilə də terrorizmlə mübarizədə. Türkiyə İŞİD-in məhv edilməsində beynəlxalq koalisiya qüvvələri üçün böyük gücə və imkanlara malikdir. Bunun üçün Türkiyəyə minnətdarıq”, – deyə baş katib vurğulayıb.

Suriya ərazisində aparılan “Zeytun budağı” antiterror əməliyyatını dəyərləndirən NATO-nun baş katibi bildirib ki, Türkiyə terrordan ən çox əziyyət çəkən ölkədir və öz təhlükəsizliyini təmin etməyə haqqı var.