XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

30 Aprel 2018 - 19:40

Nikol Paşinyan Ermənistanda baş nazir postuna yeganə namizəd oldu –Namizəd irəli sürmək müddəti bitdi

Nikol Paşinyan Ermənistanda baş nazir postuna yeganə namizəddir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Mətbuat xidməti məlumat yayıb. “”Yelk” fraksiyası ölkə konstitusiyasının müddəalarına əsasən, Nikol Paşinyanın baş nazir postuna namizədliyini irəli sürüb. Başqa namizədlər yoxdur”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Ermənistanın baş naziri vəzifəsinə namizədlərin irəli sürülməsi müddəti aprelin 30-da saat 18:00-da başa çatıb.