XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

30 Aprel 2018 - 21:20

ABŞ gəlmək istəyən miqrantların qarşısı alınıb –200 nəfər ABŞ-ın yoxlanış məntəqəsində dayandırılıb

   

Meksika boyu səyahət etdikdən sonra Amerikada sığınacaq tapmaq istəyən 200-ə yaxın miqrantın qarşısı alınıb.

Donald Trampın diqqətlə izlədiyi miqrantlar üçün keçid məntəqəsində kifayət qədər yer olmayıb. ABŞ prezidenti miqrant karvanını dayandıracağına and içib. Nazirlər Kabineti buna tezliklə cavab veriləcəyini bildirib.

Təqribən 50-yə yaxın miqranta məntəqədən keçidə izacə verilib. Onlar körpünü keçərək, ABŞ-ın yoxlanış məntəqəsində dayandırılıblar. Miqrantlara Meksika əraziləri kənarında gözləməyə icazə verilib.

Digər 50 nəfər Meksika ətrafındakı Tihuanada düşərgə salıb. Onlara Amerikanın yoxlanış məntəqəsinə yaxınlaşmağa belə icazə verilmir. Sığınacaq sorağında olanlar məktəb avtobuslarında polisin müşayiəti ilə ölkə boyu səyahət edib. Honduras himni söyləyən mühacirlərə San Diyeqodan bayraqlarla dəstək verilib.

Miqrant karvanı ABŞ sərhədindən bir neçə yüz kilometr uzaqda olsa da, prezident Donald Tramp ABŞ ordusunu sərhədi qorumağa çağırıb.

Prezident mühacirətlə bağlı tonunu daha da sərtləşdirərək deyib ki, Meksika ilə sərhəddə vəd edilən divar inşa olunana və müvafiq şəkildə təhlükəsizlik təmin edilənə qədər qeyri-qanuni mühacirlərin qarşısını almaq məqsədilə sərhəddə ABŞ hərbi qüvvələrinin yerləşdirilməsini istəyir.

Bundan öncə Honduras və başqa ölkələrə Birləşmiş Ştatlara Mərkəzi Amerika miqrantlarının “karvanını” dayandırmayana qədər ABŞ-ın yardımını kəsəcəyi ilə təhdid edən Tramp hərbi qüvvələrin sərhəddə yerləşdirilməsini “böyük bir addım” adlandırıb.

ABŞ prezidenti ilin sonunadək Konqres ABŞ-Meksika sərhədlərində divar çəkilişi də daxil edilməklə, sərhəd təhlükəzliyinə dair layihənin maliyyələşdirməsə, hökuməti bağlayacağı ilə təhdid edib. Ötən ay Tramp 1.3 trillion dollarlıq məsrəf qanununu imzalayaraq, hökumətin fəaliyyətini sentyabr ayınadək təmin edib.

Şənbə günü Miçiqan ştatının Taunşip şəhərində keçirilən yürüş zamanı prezident deyib ki, məsrəflərə dair səsvermə sentyabrm 28-də yenidən gündəçə çıxsa da, burada divarın inşası nəzərdə tutulmur. (Amerikanın Səsi)